Ulu Tanrının adı ila
Ətrini Daşlardan Aldım
Şeir Toplusu
2006
Ədalət Ommi "Duman"
Önsöz
Bir gün bir kiçik oğlan dağlarda dolanırkən bir yumurta tapdı. Yumurtanı gətirib evlərində ki toyuq yumurtalarının yanına buraxdı. Qartal yumurtasından çıxan quş, başqa cücələrlə birlikdə yaşamağa başladı. Düzdür ki tüklərinin başqa rəngi, güclü qanadları və kəskin pəncələri onu başqa cücələrdən ayırırdı ama heç özüdə bilmirdi ki o bir qartaldı. Oda zir-zibilləri deşirdi, çör-çöpü alt üst edirdi və beləliklə yemək axtarırdı. ən çox neçə metir hoppulub, qanad çalırdı, sanki uçur, əslində uçmağı yansılayırdı. Kiçik qartal belə yaşayırdı, çünkü toyuqlar belə yaşayırlar. Bir gün kiçik qartal çalada dolan suyu içərkən başını yuxarı tutanda gözü göydə uçub dolanan güclü bir quşa sataşdı, uzun bir sürə göz tikmişdi onun necə havada uçduğuna.
Cücələrdən biri dedi: “nədir, nəyə baxırsan?”
Kiçik qartal dedi: “O… o nədir?”
Cücə dedi: “o qartaldı, bütün quşların sultanıdı”.
Kiçik qartal hələdə yuxarı baxırdı, cücə dedi: “bax, olmaya birdən onun kimi olmağı düşünürsən, birdən boş yerə özünü yormayasan. Sən heç vaxt onun bir tüküdə ola bilməzsən.”
Kiçik qartal o quşu unutdu, toyuqlarla yaşadı və toyuqlarında arasında öldü.
Sevinərək deyirəm ki bizim qartal, nağılda ki qartal kimi olmadı.
Həmişə kitablarda yazılan önsözləri oxuyanda bir bölümü gözə çarpır, oda şairlərin maddi çətinliklərə görə necə yaşayıb, necə boya-başa çatdıqlarıdır, ona görədə mən bu bölümdən vaz geçdim və onun yerinə yenicə eşitdiyim bu qısa nağılı yazdım. Dediyim kimi mən Ədalətin hardan gəlib, haralardan geçdiyinə yanaşmıram, yalnız bunu söyləyim ki Ədalət olmaması gərəkən bir durumda olmuş olsada, yenə elə yaşamağa razı olmayıbdır. O öz gücünə inanıb, və klasik bir ali məktəbdə dərs oxumadığı halda, başqa yollarla öz bilgisini artırıb və gördüyünüz kimi çox da gözəl yazır.
Ama yenədə neçə cümlədə deyim ki, Ədalət 1349-cu ildə AZƏRBAYCAN’ın “Qaradağ” mahalının 18 bölgəsindən biri olan “Gərməduz”un “Girdəzay” adlı kiçik bir kəndində doğulub və sonralar çoxlu AZƏRBAYCAN xalqı kimi iqtisadi çətinliklərə görə şəhərə köcüb yada əslində süründürülüb və tezliklə də işə başlayıb və məktəbdən qoparılıb.
“Ətrini daşlardan aldım” Ədalətin ikinci kitabı olaraq yayılır. 1384-cü ildə Ədalətin birinci kitabı “Bir çatı boyunda ömür” adında yayıldı və ədəbiyat sevərlərin istəyi ilə qarşılaşdı və Sabir ədəbi əncüməni’nin tərəfindən bir kitab törəni də tutuldu. Bu kitab törənində Ədalətin kitabından şeirlər oxundu və bəzi şairlər və yazıçılar yazdıqları şeirlər və ya məqalələrlə çıxış etdilər. Danışanlar Ədalətlə ilgili baxışlarını söylədilər və Ədalətin şeirləri çeşidli açılardan göstərildi, üstəlik birinci kitab üçün yazılan önsözlərdə geniş şəkildə Ədalətin şeirləri araşdırılmışdı.
Bütün yazıçıların yazılarını açıb araşdırmaq üçün, yazının nə zamanda yazıldığını bilmək lazımdır, özəlliklə şeirdə bu məsələ dahada önəmlidir, ona görə ki şeirdə şair öz sözünü düzgün və aydın anlatmaz və sözü bir az dolandırıb sonra söylər.
Əski şairlərin şeirlərini də araşdıranda, o zamanın durumunu nəzərə alıb sonra şeirləri təfsir edərlər, yəni gərək o zamanın dəyərlərini bütünlüklə nəzərə alaq. Məncə şeirdən danışanda ən önəmli bilməmiz gərəkən şey budur ki şair barış dönəmində yaşayırmış yoxsa savaş dönəmində. Ümumiyətlə barışda yaşayan şairlərin şeirləri dünyanın gözəlliklərindən söz açır. İnsan duyğularından, sevgini seçir, yarın şirin gülüşünü vəsf edir, yarın incə belinə sarılmış qolu vəsf edir, sevgilisi yadına düşmüş bir sevdalının damla-damla süzülən göz yaşlarını vəsf edir. Təbiətdən gülü seçir, həmdə qızıl gülü. Heyvanlardan bülbülü seçir. Nağıl desədə Əslilərdən, Kərəmlərdən deyir, Xan Çobandan, Saradan deyir. Ama tam tərsinə savaş dönəmində yaşayan şairlərin şeirləri müqavimətdən, çətinliklərdən və acı olaylardan xəbər verir. İnsan duyğularından qeyrəti seçir, həsrəti seçir, igid balası şəhid olmuş bir ananın müqəddəs göz yaşlarını oxşayır, güclü bir əsgərin sıx yumulmuş yumruğunu, tozlu üzündə axılmış tərin izini vəsf edir. Təbiətdən də deyir, ama dağın ətəyindən yapışır, çünkü dağ güc və müqavimət simboludur. Gülün gözəlliyindən keçə bilmir ama lalanı seçir. Heyvanlardan qartalı seçir çünkü oda azadlığın simboludur. Nağılda deyir ama Babək’dən, Koroğlu’dan deyir.
Əlbəttə bu çoxda doğaldır. Şair elin sözçüsüdür, gərəkdə elin şənliklərində gözəllikdən və elin dar günündə onun dərdindən danışsın.
Ədalətəyetişəndə oda bu qaydanın içində var, ama Ədalətin bir özəlliyi onu başqalarından ayırır. Oda budur ki Ədalət bu dövrədə, yenədə dünyanın o gözəlliyindən əl çəkə bilmir. Əlbəttə ki başqa şairlərdə də bu his var, ama Ədalətdə ki bam-başqadır. Düzün istərsəniz heç bilmirəm necə o dəyişikliyi anlata bilərəm bəlkə də yaxşısı budur ki heç mən bir söz deməyim, inanıram ki oxucu özüdə mənim kimi oxuyanda bunu duyacaq. Ama yalnız buna diqqət yetirin ki Ədalətin şerində o gözəl şeylər, öz gözəllikləri ilə deyil bəlkə onlara olan həsrətlə çıxış edirlər.
Birdə eşitməyək ağ dünyamızda
Bəxt sözü yanında qara sözünü
Hər yanı ağ görək, nur boyamızda
Qara, yalnız gözəllərin gözünü
٭٭٭٭٭
Qara teldən yazma dedin yazmıram
Heç olmazsa bayaz teldən yazımmı?
Uca boydan incə beldən yazmıram
Qəm qatlamış əyri beldən yazımmı?
Dəftərimdə bir yar adı yazmayım
Haram sağdı ya yaradı yazmayım
Göz aladı, qaş qaradı yazmayım
Gözdən axan qanlı seldən yazımmı?
Ədalətin özəlliklərindən danışanda onun ikinci böyük xüsusiyyəti yaratdığı təsvirlərdir, illər boyu bizim şeirlərdə azalıb-azalıb daha artıq yox olmağa doğru gedən gözəl təsvirlər.
Gözəl təsvir yaratmaq yeni bir musiqi yaratmağa bənzər. Həmişə belə görünür ki daha artıq yeni bir mahnı yazmaq olmaz, olanların hamısı yazılıbdır, ama hər gün yeni bir təranə yazılır. Gözəl bir təsvir yaratmaqda belədir, bizə belə gəlir ki bütün gözəl təsvirləri bizdən qabaq yazıblar ama həmişə yeni bir təsvir yaratmaq olar. Ədalətin də şerini gücləndirib gözəlləşdirməkdə birinci yeri tutan, elə bu gözəl təsvirlərdir.
Mən sənin ətrini daşlardan aldım
Sanmışam torpağın pir ağlamışam
O varlıqdan bir nişanə daş qalıb
Vermişəm lal daşa sir ağlamışam
٭٭٭٭٭
Ədalət, yuxudan, röyadan şirin
Qızlardı hakimi göylərin yerin
Fələk qınalayıb döyəndə birin
Keşkə borc alaydı qız əllərini
Məncə oxucu özü kitabı oxuyub və düzgün sözü oxucu deyər ama son olaraq Ədalətin bir başqa özəlliyini də deməliyəm bəlkə bunu oxucuların diqqətinə çatdırmaq lazımdı. Ədalət bir misranın üstündə işləyəndə heç zaman qafiyə düzəlsin diyə anlamsız yada ilgisi bir kəlməni yazmaz, yada ki hecalar düzəlsin diyə bir fars tərkibini işlətməz, fars ya da Ərəb kəlməsi işlədər ama tərkib işlətməz.
Sonunda Ədalətə öz təşəkkürümü bildirmək istəyirdim. Bunu mütləq deməliyəm ki mən heçdə bir kitaba önsöz yazan deyiləm, üstəlik hansı kitaba, Ədalətin kitabına. Ama mən yalnız buyurduqları işi görmüşəm, bütün ədəbiyatçılar məni bağışlasınlar.
AZƏRBAYCAN xalqına ömür boyu azadlıq, can sağlığı və şənlik arzılayıram.
İndi də sizləri gözəl bir kitabın oxumasına çağırıram.
Kavə Fəzli Xələf - 1385/2006
Sən siz
Bəlkə də yuxumda görə bilərdim
Yuxu gəlmədi ki gözümə sən siz
Elə bil yaz bağın dolu döyübdür
Qəmlər talan salıb üzümə sən siz
Qəhər boğur əzrailin əli tək
Fikir xəyal sorur məni zəli tək
Danışıram havalı tək, dəli tək
Kimdi qulaq verən sözümə sən siz
Yerə mi yalvarım? Göyə bilmirəm
Dərdimi söz ilə deyə bilmirəm
Niyə ölməmişəm, niyə bilmirəm
Matam özüm də ki dözümə sən siz
Bilmirəm
Sən mənim könlümdə məndən küsəndə
Ağlayım bilmirəm, gülüm bilmirəm
Aləmi bürüyən ətrini məndən
Nədən əsirgədin gülüm bilmirəm
Mən səni dərdimə dözüm bilirdim
Şerimdə bal dadan sözüm bilirdim
Dünyanı görməyən gözüm bilirdim
Sağımsan bilmirəm solum bilmirəm
Sevgi sevən dönməməli geriyə
Aşıq odur yar yolunda əriyə
Ay ədalət könlümdə ki pəriyə
Yetəcək yoxsa yox, əlim bilmirəm
Axtarır
Günün o gün deyil, gönün o göndür
Hələ də beyninə söz yol axtarır
Gönün tək o qalın qara qəlbinə
Sevgi məhəbbətdə iz, yol axtarır
Dilsiz qayada da əks olunur səs
Söz batmaz başlarda nə eşq, nə həvəs
Sənin tənə ilə güldüyün o kəs
Haram mal axtarmır düz yol axtarır
Xalqı kimdir, dərdi nədir, nə anlar
Qarın qayğısından baş açmayanlar
Yırtıcı sayağı bu davrananlar
Bir qarın yeməyə yüz yol axtarır
Onda
Baxar gözlərimdə əksin görünməz
Kövrəlib dizinə vurarsan onda
Od əlim əlində buza çevrilər
Kövrəlib dizinə vurarsan onda
Əllərim əlində uzaqlaşaram
Köhnə nağıllarla qucaqlaşaram
Dönüb xatirəyə varaqlaşaram
Kövrəlib dizinə vurarsan onda
Hardasa xatirə yaxar sinəni
Mənli dünənlərə qaytarar səni
Uçar xəyalınla gəzərsən məni
Kövrəlib dizinə vurarsan onda
Hardasa şairlər cəm olar bir gün
Hardasa söz söhbət dəm olar bir gün
Hardasa ədalət kəm olar bir gün
Kövrəlib dizinə vurarsan onda
Nə fayda?
Zəhmətdən doğular bəhrə demişlər
Bəhrəni yabancı yeyə nə fayda
Tərimlə yoğrulan qızıl gümüşlər
Paylanınca xana bəyə nə fayda
Yüz illik zəhmətim getdi havaya
Dindim, dedi bais olma davaya
Bağladı yolumu çapılmaz qaya
Qaldım daşa döyə-döyə nə fayda
Nədən bəs çoxalmır, say atmır səsim
Tanrı mı qarğayıb? Boy atmır səsim
Ən yaxın qonşumu oyatmır səsim
Naləm çıxarsada göyə nə fayda
Hacı tacir qıranına qıyanmır
Alim ağa duyğu nədir duyanmır
Ay Ədalət, ellər yatıb oyanmır
Oyanmaz el özün öyə nə fayda
Ömür gedir
Əziz dostum ləhzələrin
Qədrini bil ömür gedir
Dənizlərin dərininə
Gövhər kimi cumur gedir
Düşməmişdən diz təpərdən
Tut yükünü bu səfərdən
Xəbərimiz yox xəbərdən
Eyləmir səs-səmir gedir
Kimi nəfsə əsir gedir
Kimi duyur susur gedir
Qəlbi qara küsür gedir
Qəlbi təmiz umur gedir
Duman, günəş, aydır ömür
Gah payız gah yaydır ömür
Axar dönməz çaydır ömür
Günahları yumur gedir
Gedək buradan
Başına döndüyüm şair xəyalım
Qəm məni boğmamış götür buradan
Qoy gedim getdikcə ən ucqarlara
Təkcə bir mən olum birdə yaradan
Orda nəfəs alım azad quş kimi
Könlümün yanğısı alovu sönsün
Gülüş dodağıma ilk öpüş kimi
Sevinc yanağıma şeh kimi qonsun
Yaşayım bir yaşam dərdsiz-kədərsiz
Xeyirlər qorusun dünyamı şərdən
Bir günüm olmasın xeyir xəbərsiz
Xəbərdə gəlməsin qara xəbərdən
Birdə eşitməyək ağ dünyamızda
Bəxt sözü yanında qara sözünü
Hər yanı ağ görək, nur boyamızda
Qara, yalnız gözəllərin gözünü
Başına döndüyüm şair xəyalım
Gəl gedək bu para pul dünyasından
Olmasın nə məzlum nə də ki zalım
Gedək şah dünyası, qul dünyasından
Yenə xatırlayaq pak uşaqlığı
Qayıdaq o şirin, o bal günlərə
Tapaq bulaq kimi o çağraqlığı
Dönək uşaq kimi zulal günlərə
Dırmaşa
Verən yoxsa tamah salma
Aşa dırmaşa-dırmaşa
Yaz eşqiylə sinə gərsən
Qışa dırmaşa-dırmaşa
Nə lazımdı oyan buyan
İşin olsun əqlə uyan
Öz ayağın üstə dayan
Yaşa dırmaşa-dırmaşa
Sel deyilsən nahaq coşma
Boş yerə həddini aşma
İlham yoxsa şeir qoşma
Qaşa dırmaşa-dırmaşa
Fərzanə lər ölməz
Ustad doktor «Mohəmməd Əli Fərzanə» nin ölməz xatirəsinə
Odlardan yaranıb yanan bir ürək
Yanar, nur səpələr kül ola bilməz
Aydın alimlərin könlü aynadır
Onun qarşısında, tül ola bilməz
Özü öndə gedər qorxulu yolu
Ehtiyatla keçər, qayanı, kolu
Olmaz heç bir zaman kimsənin qulu
Bilgin ağalardan qul ola bilməz
Əsərlər dağ olub tura bənzəyir
Dünyanı oyadan sura[1] bənzəyir
Dan yerin bəzəyən nura bənzəyir
Bax belə al-əlvan gül ola bilməz
Çəksədə ellərin dərdin nisgilin
Fərzanələr ölməz,dünya var bilin
Əgər yoxsa Fərzanəsi bir elin
Ədalət deməyə dil ola bilməz
Bəs nə olaydım?
Haqsızlıq oduna yurdum yananda
Duman olmayaydım bəs nə olaydım?
Qarabağ dağlanıb, qaradağ yaslı
Duman olmayaydım bəs nə olaydım?
Günəş də yaxmasın deyirdi Bəhmən
Doğma anamızdı, bu doğma vətən
Dağları həyalı söyləyərək mən
Duman olmayaydım bəs nə olaydım?
Kül oldu Şücaət getdi o şəstdə
Bəhmən gözləyirdi axır nəfəsdə
Şəmşirin, Qəmkeşin yanğısı üstə
Duman olmayaydım bəs nə olaydım?
Alçaqlar, daşnaklar kəkələnəndə
Xocalım üstünə od ələnəndə
Ayazda millətim güllələnəndə
Duman olmayaydım bəs nə olaydım?
Kimsə eşitmədi nədən bəs niyə?
Qalxdı da naləmiz yeddinci göyə
Qaçqınım əllərə düşməsin diyə
Duman olmayaydım bəs nə olaydım?
Məni öz ürəyim qınardı axı
Türklüyüm qururum sınardı axı
Dumansız Ədalət yanardı axı
Duman olmayaydım bəs nə olaydım?
Şairlərin silahı umud
Ürəyim atlanır şeir yazmağa
Qələm gülümsəyir dodağın büzür
Elə bil şər qoymur xeyir yazmağa
Yazım oxucumun ürəyin üzür
Haqlıdır oxucum bilirəm özüm
Axı mən həmişə dərtdən yazmışam
Heç ağı qaradan seçməmiş gözüm
Namərddən, yazmışam, mərddən yazmışam
Bu gün istəyirdim təzə şerimdə
Adında tutmayam namərdin mərdin
Sevincdən söyləyəm sizə şerimdə
Bəlkə birin dərman edək yüz dərdin
Dərman bilərdimsə dərd nə gəzirdi?
Dərdi doğulmamış dərman edərdim
Harda ki bir mərdi namərd əzirdi
Orda ədalətlə divan edərdim
Yenə şairlərin silahı umud
Bəklə bir misramdan doğa biləydi
Şerimi, sözlərin pənahı umud
Qanadı altına yığa biləydi
Yad diyar
Yad diyarın dağlarını dolandım
Nə çiçək oxşadı, nə gül könlümü
Yad eldə yaz günü külək üşütdü
Bu şair xəyallı sünbül könlümü
Meşədə özgədir, bulaqda özgə
Qayada özgədir, torpaqda özgə
Obada özgədir, otraqda özgə
Yaman çulğayıbdır nisgil, könlümü
Dumanam dağları mən seyr edirəm
Köksümü qayada daşda didirəm
Qussəli gəlmişdim dərdlı gedirəm
Açmadı bu çimən, bu çöl könlümü
Tək bənd şeirlər
Mənə layla lazım deyil
Mən axşamdan uyumuşam
Öz özümdən utanıram
Görəndə ki böyümüşəm
٭٭٭
Gözlərin dolusu gözümə bax ki
Sonuncu xatirəm gözlərin olsun
Bir danış alışıb yana qəlbimin
Mərhəmi titrəşən sözlərin olsun
٭٭٭
Qan ağla ki qanlı fələk
Yaman məni ağlar qoydun
Bu nisgilli ürəyimə
Dağlar boyda dağlar qoydun
Bu şeir “Hüseyn Çoban”dandır.
Bir soydanıq
Can sırdaşım, fikirdaşım, yoldaşım
Ürəyimdə yapdırmısan oda sən
Ayrılıq oduna yandırma məni
Od dutaram qalanarsan oda sən
Bir soydanıq bir olubdur kökümüz
Odur birdir ürəkdəki yükümüz
İki sazıq bir köklənib kökümüz
Oxuyuruq “sol”unda mən “la”da sən
Sənlə gülür günüm ayım ilimdə
Duyğularım çiçək açır dilimdə
Şən oxuyur sazda bəmim, zilimdə
Həyatımda çevrilmisən dada sən
İstəyirəm daim uca qalasan
Düşməyəsən fitnəyə sən felə sən
Mənə arxa dağsan uçmaz qalasan
Yetişirsən dar günümdə dada sən
Söz gülünə arı san sən Ədalət
Arınmışsan arı san sən Ədalət
Hüseynində yarısan sən Ədalət
Atıb məni oymayasan yada sən
Sevinc ışıqları
Uzaq olsaydıda o ışıltılar!
Görəndə ürəkdə umud doğardı
Onların sozalmış şüalarından
Bizim kəndimizə sevinc yağardı
Zülmət gecələrdə ulduz sayağı
Sayrışa-sayrışa görünərdilər
Həyalı-istəkli bir qız sayağı
Duman yaylıqlara bürünərdilər
Araz aramızda yoxlaşırdı gah
Körpüsüz adlayıb gəlirdi ışıq
Qaranlıq təməldən laxlaşırdı gah
Bütün zülmətləri dəlirdi ışıq
Bir gecə onları görməyəndə biz
Sabahı boranlı, qarlı duyardıq
Nə vaxt ki onlardan görünərdi iz
Kəndidə dövlətli, varlı duyardıq
İndi çırağları sönük görəndə
Elə bil ömrümün çırağı sönür
Bir xalqın bəxtini dönük görəndə
Kədər parça-parça qəlbimi yonur
İlahi nə oldu söndü çırağlar?
İndi ki dünyanın ışıq vaxtıdı?!
Üzləri zülmətə döndü çırağlar
Çün dünya şeytanın qızıl taxtıdı
Qəlbi qaranlıqlar zülmət törətdi
Zülmətdən törənən fəlakət olar
Harda Ədaləti şər büdürətdi
Orda çiçəklərdə açmamış solar
Sellər dağıldı
Bayaq ki səhnədi sanki yadımda
Yel vurdu üzünə tellər dağıldı
Burda otduğumuz anları andım
Üstümdən ötüşən illər dağıldı
Qayıtdım gəncliyə döndüm bu yerə
Endim o dağlardan gül dərə-dərə
Saldı küsgün külək acı mənzərə
Sənin çün dərdiyim güllər dağıldı
Xatirə ruhumu o çağa çəkdi
Neçə ki mən varam hey çəkəcəkdi
Açdım gözlərimi, dumanlar çökdü
Yumdum gözlərimi sellər dağıldı
Yazımmı?
Qara teldən yazma dedin yazmıram
Heç olmazsa bayaz teldən yazımmı?
Uca boydan incə beldən yazmıram
Qəm qatlamış əyri beldən yazımmı?
Dəftərimdə bir yar adı yazmayım
Haram sağdı ya yaradı yazmayım
Göz aladı, qaş qaradı yazmayım
Gözdən axan qanlı seldən yazımmı?
Yaz qarı tək öz özünə əriyən
Ölkələri, ürəkləri bürüyən
Günü gündən ayaq tutub yeriyən
Şər böhtandan, fitnə-feldən yazımmı?
Dar günlərdə sinə gərib vuruşan
Gen günlərdə boş pətəkdi, quru şan
Öz kimliyin özgələrdən soruşan
Belə yazıq, məzlum eldən yazımmı?
Heç deməyim əlim xəmir qarnım ac
Ömrümüzü yarı böldü ehtiyac
Ay Ədalət, şələ ağır, yol yamac
Susdurulmuş şirin dildən yazımmı?
Mən sənin ətrini daşlardan aldım
Mən sənin ətrini daşlardan alıb
Sanmışam torpağın pir ağlamışam
O varlıqdan bir nişanə daş qalıb
Vermişəm lal daşa sir ağlamışam
Bilməmişəm səhər, erkən nə axşam
Əlləri qoynunda donub qalmışam
İstəmişəm bir söz deyim danışam
Alıb gözlərimi tor ağlamışam
Ədalət! Saçıma düşəcək dəndə
Gen dünyam dönəcək məhbəsə bəndə
Hər zaman hər yerdə sözün düşəndə
Ələnib qəlbimə qor ağlamışam
Boyda gördüm
Nəşələndim gözlərindən
Dünən gecə toyda gördüm
Dünyanın hər gözəlliyin
O qamətdə boyda gördüm
Matam eşqin tərzində mən
Onun həddi mərzində mən
Bir saatın ərzində mən
Qışda gördüm, yayda gördüm
Görsənirdi su boğazda
Tam şirinlik, dil ağızda
Yazılmamış ağ kağızda
Söydə gördüm, boyda gördüm
Gözüm qaldı cüt xalında
Özüm dalğın xəyalında
Onun parlaq cəmalında
Gündə gördüm, ayda gördüm
Qurbanam yazı yazana
Hüsnündən bülbül yaz ana
Ədalət təkin ozana
Yetməz ondan fayda gördüm!
Qız əlləri
Sənin ki əllərin günəşdi yanır
Qorxma yandıranmaz köz əllərini
Yara mərhəmidi, dərd darmanıdır
Gətir yaram üstə düz əllərini
Eşq adlı dəryaya girməyən kəsə
Ömrünü şair tək sürməyən kəsə
Ağ günü gözüylə görməyən kəsə
Rəsm edə bilərmi söz, əllərini?
Ədalət, yuxudan, röyadan şirin
Qızlardı hakimi göylərin yerin
Fələk qınalayıb döyəndə birin
Keşkə borc alaydı qız əllərini
Sənətkardadı
Şeyx Alının[2] dərin düzgün təsiri
İndidə hər ustad sənətkardadı
İllərin qoynunda, el arasında
Sənətkardan qalan sənət, kardadı
Nankorun bağından kimdi gül dərən?
Ya dünya varından bir xeyir görən?
Hər naşı səsinə olmaz səs verən
Elləri oyadar sənətkar dadı
Şərəflə yad olur yadı, Alının
Haqdan bəyənilmiş adı, Alının
Ədalət, başqadır dadı, Alının
Süzür misralardan sənətkar, dadı
AZƏRBAYCAN”ın ölməz şairi
“Səməd Vurğun”un xatirəsinə
Vurğun axtarır
Ayda yuvarlanır, ulduzda yanır
Aləm əldə çırağ vurğun axtarır
Bahar bağları tək ellər oyanır
Salıban səs soraq vurğun axtarır
Ellərin qadasın savan oğullar
Süfrəsi yağ balsız, yavan oğullar
Gələcək alimlər, cavan oğullar
Gəzir varaq-varaq vurğun axtarır
Sükuta qarğ olmuş Göyəzən[3] dağı
Açılmır vurğunsuz qaşı qabağı
Ucqar yaylaqların sərin bulağı
Səynimiş od ocaq vurğun axtarır
Göy gölü göz yaşı töküb ağlayır
Çevrəsinə duman çöküb ağlayır
Bənövşə boynunu büküb ağlayır
Hər düşən bir yarpaq vurğun axtarır
Dilim-dilim parça-parça olan el
Ədalətin könlü kimi talan el
Həm oğulsuz həm atasız qalan el
Düşüb oymaq-oymaq vurğun axtarır
Oyundu bəlkə?
Qabaqcıl görürsən özünü məndən
Nə bilim talein yeyindi bəlkə?!
Sən huş baş sahibi, beyin sahibi
Mənim başım dolu peyindi bəlkə?
Qazanılmış hazır tikə yeyən dost
Boy danışıb özün mənə öyən dost
Arifə, aqilə, nadan deyən dost
Bu xanlıq bir anlıq oyundu bəlkə?
Qaydadı ağıldan dəm vurar nadan
Saxsağan sonanı sevməz binadan
Sən qurd doğulmusan bəlkə anadan
Fağırlar, pulsuzlar qoyundu bəlkə?
Özgə ölümündə nəcat gəzirsən
Bu tərs arzılarda həyat gəzirsən
Yer göy qan ağlayır sürsat gəzirsən
Zəmanə tutduğu toyundu bəlkə?
Tək sən Ədaləti bilmirsən, bilmə
Yalnız bir kimsənin bəxtinə gülmə
Sənin taleinin naxışı ilmə
Bizimki cin salmış düyündü bəlkə?
Gəlmədin
Həftədən, on beşdən əlim üzüldü
Aylarda addadı ilə, gəlmədin
Gündüz xəyalımda gecə yuxumda
Vədələşdik gülə-gülə gəlmədin
Qarğ olma gözəlim işvədə nazda!
Bu qədər güvənməz gülünə yazda
Sənsiz, sızıldayan sədəfli sazda
Ürəyim çevrildi telə gəlmədin
Mən səni şeh bildim yarpağı gəzdim
Ən incə gülüşlü dodağı gəzdim
İlk eşq hərarətli ocağı gəzdim
Qarışdım torpağa, külə gəlmədin
Ədalət bəndəyə bəndə deyildi
Nə uyan hər felə-fəndə deyildi
Əzəldən heç günah məndə deyildi
Ondada, aldatdın belə gəlmədin
Bu dünya
Qap qara qaralır mən ağlayanda
Güləndə mənimlə gülür bu dünya
Cibimdə nəyim var, könlümdə nəyim
Baxanda, gözümdən bilir bu dünya
Kim sevib oxşadır zərə, daş qaşa
Kim könül verdiyi şux qələm qaşa
Kimi ilk bahara, kim qarlı qışa
Hər nəyə bənzətsən olur bu dünya
Dayanıb yerində bulanmır, axmır
Özünü nə dağa, nə daşa, çaxmır
Ölüm çün varlıya kasıba baxmır
Odur ki xoşuma gəlir bu dünya
Gah olur qəddarı min bir diləyin
Gah geyir donunu gözəl mələyin
Ədalət! Bir səhər açan çiçəyin
Gözündə axşama solur bu dünya
Gözəl
O taydasan bu taydasan?
Əksin düşüb suya gözəl!
Səndə mənlə bu çaydasan
Gizlənirsən guya gözəl
Axtarıram qədəm-qədəm
Payandazın olsun didəm
Nəyi sənə təşbih edəm?
Uyğun ola, uya gözəl
Bel bağlama sən beş günə
Rəhm eylə çeşmim əşkinə
Ol bircə Allah eşqinə
Ədaləti cuya gözəl
Tanrı göydən yağa səni
Yaradan sultan yaradıb
Bu dəmə, bu çağa səni
Bəlkə tale bu hüsn ilə
Çəkibdi sınağa səni
Taleimiz edə kərəm
Növbərini özüm dərəm
Hara baxsam səni görəm
Tanrı göydən yağa səni
Kimdi mən tək həsrət çəkən?
Yalvarıcı, minnət çəkən
İllər boyu zülmət çəkən
Dəyişməz çırağa səni
Bu həsrətin daşın atam
Arzıya-istəyə çatam
Zərgər olam zərə tutam
Təpədən dırnağa səni
Məndə sizin mahallıyam
Eşqində məcnun hallıyam
Çərşənbədə şal sallıyam
Qoyalar qurşağa səni
Kaş hər yazı yazılmaya
Yazılanlar pozulmaya
Gülün ömrü az olmaya
Bənzədəm zanbağa səni
Demə şair divanədir
Söylə dərdə dəva, nədir
Təşbih edən yeganədir
Gül üstə yarpağa səni
Dolanıram abdal[4] kimi
Alışıram tonqal kimi
Qışa qalmış şan bal kimi
Qatam sarı yağa səni
Ədalətə olmadın yar
Ay sinəsi dağdaki qar
Qardanda ağ görən nə var?
Bənzədəm o ağa səni
Dağlar
Zirvəsi qar köksü meşə
Kaş bu halda qala dağlar
Quzeyləri tər bənövşə
Güneyləri lala dağlar
Bir yan günəş, bir yan yağış
Göy qurşağı salsın naxış
Gah eylə yaz, gah eylə qış
Döndər haldan hala dağlar
Ayrı düşsəm arzılardan
Soruş məni dostdan, yardan
Ədalətə bayaz qardan
Saxla bircə tala dağlar
Gələcəyəm
Mən şerimin qanadıyla
Görüşünə gələcəyəm
Təmiz eşqin inadıyla
Görüşünə gələcəyəm
Həftə ötüb dönsə aya
Yaş ömürdən qursa taya
Ləhzələri saya-saya
Görüşünə gələcəyəm
Duman kimi cumub bir gün
Səndən sevgi umub bir gün
Gözlərimi yumub bir gün
Görüşünə gələcəyəm
könlümü
Sən siz bir gülüşü tamam gülməmiş
Başsız qış küləyi tapar könlümü
Çəkib caynağına didər, dağıdar
Bir qərib quş kimi topar könlümü
Ulduzum! yüksəldin göylər qatına
Əlim çatmaz oldu xoş ovqatına
Yalvarıb tapşırdım xəyal atına
Yetirsin yanına çapar, könlümü
Mən seni umuram hər incə səsdən
Həyatın ödəyi çıxan nəfəsdən
Dolandır gözünü çiyninin üstdən
Dəlsədə sinəmi yapar könlümü
“Azərelli”dən bir şeir
Duman
Dünya boyda qəm yükünü daşıyan
Qəm dənizli, qəm gəmili bir liman
Bir yaşımda neçə ömür yaşıyan
Bayılmaz, oyaqdır o hər zaman
O şerində muştuluqlar gətirən
Göy daşların köksündə gül bitirən
Qanmazlığın qoparağın götürən
Qələmindən bal süzülən bal daman
Ulduzların salxımını dərən o
Dənizlərin saçlarını hörən o
“Azərelli” görməyəni görən o
Qələmdaşım “Ədalət”dir həm “Duman”
O günə şükür ya bu günə?!
İyirmi ildən sonra keçən il yayda, ömrümüzün uşaqlıq çağını, tər-təzə vaxtını bəndində, bərəsində, dağında, dərəsində itirdiyimiz kəndimizə qonaq getmişdim. Canım sizə desin ki yayın ilk ayı işin gücün necə deyərlər o qızmar çağı, kənddə, kəsəydə başı papaqlı tapılmayan bir vaxtda hamının başı il boyu vaxqtını vədəsini sərf etdiyi, qaydını qayğısını çəkdiyi əkin, biçinlə elə qarışmışdı ki, daha qonaq-monaq yada da düşmürdü. Kənddə bekar bir mən idim, birdə ağca gül xalanın gün yayılana qədər yatan, canlı, cəsədli subay oğlu. Əlbəttə oda şəhərdən qayıtmış hirsli, furslu bir adam, yatmasın neyləsin?!
Ad olsun ki kəndə köməyə gəlib.
Amma düz danışsaq məndə ağca gül xalanın oğlu qardaşxan da, şəhərdən başqa gələnlər kimi işsizlikdən, bekarçılıqdan kəndə dönmüşük. Ay qardaş heç bəndə şəhər uşağı olmasın, sən demə göz qırpımında ötüb keçən bu iyirmicə ildə, lələş kəndin gəzməli, dolanmalı vaxtı ilə iş-güc vaxtının yerlərini çaş salmış imiş. Ona görədə peşmançılıq cəkirdim ki mən niyə belə iş tutdum, ay Allah.
Axı nə çöldə bayırda biçinə, xalvara kömək etməyə hünərim, nədə evdə qalmağa yerim varıdı.
Elə ordaca mənə aydın oldu ki mən nə kəndliyəm nədə şəhərli, hara getsəm qəribəm ki qəribəm. Ondan yana vaxtlı, vədəli qayıtmağı məsləhət görüb, gəlib dayandım kəndin aralığına yaxın, özüdə hər tərəfə qanşar olan, ağca gül xalagilin həyətinin kölgəsində.
Özümü danlaya-danlaya fikirləşirdim ki bu tərəflərdən bir maşından, traktordan gəlib getsəydi yaxşı olardı. Məni də otobus ayağına qədər aparardı.
Gülbadam nənə ilə Ağca gül xala da çəpərin o üzündə tut ağacının kölgəsində oturub dünyanın gəlindən, gedindən danışırdılar. Özləridə şəhər adamından xoşları gəlmirmiş kimi heç məni dindirmirdilərdə. Bəlkədə işə-gücə yaramadığıma görə imiş... nəysə mətləbdən uzaq düşməyək.
Ağcagül xala uşaqlıq xatirələri ilə bağlı deyirdi doğuldum doğulmadım yetimlikdə mənimlə oldu. Allah ölənlərinizə rəhmət eləsin.
Gül badam nənə astacasına bir ah... çəkərək Allah cəmi ölənlərə rəhmət eləsin ay bacı dedi. Hə rəhmətlik anamın heç şəklidə yadıma gəlmir. Atamı da yuxu kimi xatırlayıram.
Qadaları mənə dəysin qardaşlarım mənim üçün əllərindən gələni əsirgəmədilər. Atalar yaxşı deyib ki yaman gündə yaman qardaş. Ağakişini deyirəm eh gül badam bacı. Düzdür bir az tez hirslənsədə amma çox kövrək ürək, həmdə çox qeyrətlidir. Gözü bizim üstümüzdə olardı həmişə. Bircə uşaq bizə ayağın yandı geri çək belə diyə bilməzdi.
Yazıq qardaş mən bilirəm nə qədər korluqlar çəkib. İndi fikirləşirəm ki onda neçə yaşı varımış ki ev eşik saxlayır, ailə dolandırırdı.
Gül badam arvad qayıtdı ki a qız nə danışırsan Allah heç bacını qardaşsız eləməsin. Eşitməyibsən? Qədim aşıqlar oxuyardı:
Qardaş kişmiş kimidir
Cibinə düşmüş kimidir
Qardaş dan sonra bacı
Düşüb itmiş kimidir
Bir birinin söz söhbətinin zilinə bəminə rənginə, ahənginə bələd olan bu iki ağ birçək elə şirin-şirin danışırdılar ki mənimdə enişli yoxuşlu dünyanın əlindən təngə, amana gəlmiş ürəyimdən xəbər verirdi. Ağca gül xala dedi a qız bu günümüzə şükür eh ərbab yox, darğa yox.
Heç yadımdan çıxmaz səkkiz, doqquz belə yaşım olardı. Söz vaxtına çəkər elə ilin günündə bu çağları idi. Xalvar daşıyırdım onda da indi ki kimi deyildi gərək oğlanlı qızlı, arvadlı kişili çalışaydıq ki bir tikə çörəyimiz olsun.
Ərbablar cəmaata göz verib ışıq verməzdi. Bizim kəndində ərbabı o vaxt bu qonşu kənddə şilimlidə yaşayan qəytəran xan idi. Özündəndə qat qat yaman olan darğası kalba dəsgiralı ilə birgə xalqa qan uddurardılar. Dörd yarımdan birini, doqquzdan ikisini bəhrəyə çıxandan sonra bu yazıq cəmaata zəhmətdən başqa nə qalırdı ki? Əməyinin bəhrəsi yadlara qismət olduğundan alın təri ilə qabarı ilə çalışanların topladığı il zumarı vədəni başa vurmazdı.
Çox adamın arpası bayram ayı qurtarardı o ili bizimdə bayrama yaxın unumuz dənimiz qurtardığından əlimiz yaman dara düşmüşdü.
Bacısı ölmüş Ağakişi bir yandan arpa-buğda sarı bilmirdi neyləsin. Xankişi, Tapdıq da elə sən deyən əlləri iş tutan deyildi. Keçən sözdür bilmirəm Əhərdən ya hardansa al-verçi gəlmişdi, bir tay kilim, bir keçi birdə üzdən iraq qapımızda şələmizi çatmağa bir balalı eşşəyimiz varıdı. Onunda balasını saxlayıb özünü keçi və kilim ilə bir yerdə verdik o vaxtın pulu bir neçə dağarcıq unun dənin puluna. Bağışla eh gül badam bacı sən Allah baş ağrısı oldu deyəsən?
Xalanın söz söhbəti yarımçıq qalmasın deyə, ay xala sən mənim canım tələsmə, sözünə davam et, vallah xoşdur dedim.
Ağ birçək himəbəndiymiş kimi bir ah... çəkib köks ötürərək, sözünə davam etmək istədi amma mənim sözüm xalanı tərpədib kövrəltmişdi, Sanki. Sözünün ucunu itirmiş kimi qayıtdı ki ay bala xalan sənə qurban söz-sözü çəkdi arşın bezi heç bilmədim hardaydım.
Mən cumub getdiyim dərin fikir xəyallardan özümə qayıdıb cəvab verincə gül badam nənə dedi vallah ay bacı heç mənimdə elə sən deyən huş başım yoxdu. Ağca gül xala sağ dirsəyini sağ dizinin üstündə ki əlinin üstünə qoyub əlini alnına apararaq hə onu deyirdim dedi. O illər getsin gəlməsin. Ay bala bir təhər bayramı zadı keçirdik, yazınada Xankişi Tapdığıda aldı yanına kəndin körpəsinə getdi. O vaxtlar quzu çəpiş oldu, dana bizov oldu, bunları südünə otarardılar hər süd günü (bazar) bir qazan süd alırdıq Allah bərəkət versin. Ağartı sarı yaxşı dolanırdıq...
Başınızı ağrıtmayım bayaq dediyim kimi söz vaxtına çəkər. Elə indi ki kimi arpa-buğda zəmiləri vəğənnəyib bir birinə dəyib, yazıq Ağakişi təzə əmələ gəlmiş, necə deyərlər sümüyü bərkiməmiş bir uşaq, tək cana biçir bağlayır, gecə gündüz çalışırdı. Amma daşımağa yaxşı kara gələn yük heyvanımız yoxudu. O satdığımız eşşəyin bir yarım can balası varıdı ki onada dördcə dərizdən artıq çatmaq olmazdı. Ona görədə dörtdən dörtdən çatır məndə yavaş-yavaş kəndə, xırmana daşıyırdım.
İstidən ilanlar mələşən bir çağda, qoraxlamış yolların tozu torpağı kipriklərində qırov bağlamış, ayaq yalın baş açıq burunlarının üstü qabıqdan çıxmış uşaqlar gündə dörd-beş dönə köhnə yurtdan, sarı zəmidən bura xalvar gətirirdilər. O uzaq yolları gedib gəlməyimiz qan tər içində ac-susuz çalışmağımız bir yana üstəlik ərbabın, darğanın təhər töhməti, verdiyi əzab, əziyyətləri adamı dünyadan bezdirirdi.
Hər yadıma düşəndə dədəsinə babasına söyüşdür ki verirəm. Bir gün üç-dort qonşu uşağı birlikdə xalvar yüklü heyvanları qatıb qabağımıza kimi ay qoçaq Nəbi, kimi apardı sellər Saranı oxuya-oxuya gəlirdik ki birdən gözümüz sataşdı yol yuxarı gələn, yolu yumrulmuş kalbadəsi darğaya ki kətdən zəmiyə tərəf gedirdi. Onunla qabaq qanşar çıxdığımızdan uşaqların oxumaqları yaddan çıxdı. Bizi görən dəli darğa yeri-göyü gözləri ilə hədələyə-hədələyə atının başını çəkib dayandı.
Atın yüvəni (cilov) ilə şallağı bir əlində tutub, bir əlini də böyrəyinə vurub çənəsi ilə bizim yük heyvanını göstərərək, kimindir bu uzun qulaq? diyə soruşdu. Qorxa-qorxa, əsə-əsə bizimdir dedim. Darğanın qəzəbdən az qala gözləri hədəğədən çıxırdı. Əyri-əyri baxa-baxa qulağı dələn, ürəyi yaralayan qorxuducu bir səs ilə, atana deyərsən bir atdan-qatırdan alsın dedi. Yada heç olmasa bir yekə heyvan tapsın ki hər dönədə on dəriz, səkkiz dəriz çata bilsin. Atana de sözü məni kövrəltdi. Daha doğrusu yaramın qaysağını qopartdı. Dodaqlarım titrədi, artıq bir söz diyə bilmədim.
Altdan-altdan nifrət dolu gözlərim lə onu süzərkən göz yaşlarımın, dodaqlarım kimi qurumuş-susamış torpağa dammasın görüb qayıtdı ki niyə ağlayırsan?
Vəli qızı Ceyran bir az məndən böyük olduğundan bir addımda qabağa yeriyib
- Ay ağa atası ölüb axı, dedi.
- Bəs bu yükü kim çatıbdır.
- Qardaşı çatıbda! Ağakişi.
- Mən Ağakişi mağakişi bilmirəm mənim malıma xəyanət eyləyənin qabığını alaram. Ona deyərsiz ki beləliklə iş olmaz. Bu uzaqlıqda yolu dönədə dördcə dəriz çatmaqla bu xalvar nə vaxt qurtarar? Onuda yol uzunu bu qoduq sünbülünü yeyər küləşi qalar. Daha mənə nə qalar? Eşitdiniz mi? Belə fulan uşaqları əhə... Deyə yoluna davam etdi.
Bu sözdən təəccüblənərək soruşdum ay xala, bəyəm o yazıq heyvan nə qədər sünbül yeyə bilərdi ki? Kalbadəsi darğa bir elə hirslənmişdi?
Eh ay bala nə danışırsan? Camaatın toyuq cücəsi acından batıb qırılardı, yenə də heç kəs bircə ovuc dən gətirib o dilsiz, ağızsız, günahsız heyvanlara belə səpə bilməzdi.
Gərək hamısını biçib gətirib xırmanda nə bilim əlinən-vəlinən döyüb, dənini-samanını arıya-duruya çıxardıb, birinci ərbabın bəhrəsini ayırıb aparıb evinə xarabasına düşürəydilər. Ondan sonra...
Hə Alış bala elə ona görə deyirəm ki bu günümüzə şükür dayna, ərbab yox, darğa yox. Bu pir olmuş qardaş xana deyirəm gün ortaya qədər yatınca səhər tezdən səndə dur get zəmiyə qardaşın təkdir, “tək əldən səs çıxmaz” deyib atalar. Ona bir az kömək eləsən, Allahada xoş gedər. Mən deyirəm, mən eşidirəm. Gedib şəhərdə sizin kimi kefin çəkib burada gələndən yeyir-yatır. Qırx evlinin yerini altı evli əkib, biçir uşaqlar əl-ələ verib çalışsalar doğrudanda indi bolluqdur.
Allaha belə min şükür ay bacı dünya behiştdir vallah...
Gül badam nənədə ki rizayət əlaməti olaraq asta-asta başını tərpədirdi.
Bu yerdə bizim uşaqlıq röyalarımızda yaşayan, indi bəzi kəndlərdə at, qatır yerinə yük daşıyan bir göy neysanın uzaqdan gələn hayı-gürültüsü kəndin neçə günlük sükutunu sındıraraq məni sevindirdi. Maşın ərikli yanından kəndə yenənə qədər məndə çantamı-çəmədanımı bağlayıb, kətdə olanlarıla sağ ollaşıb, gəlib yol üstündə dayandım.
Yetirən kimi yubanmadan maşına, daha doğrusu neysanın üstünə çıxıb, oradan uzaqlaşdım. Maşının üstündə özümü tapana qədər maşın dəyirmanın yanından belə hərlənib kəndin qanşarına çıxmışdı. Bir zamanlar balaca Alışan öz yaşdaşları ilə birgə qapılarında küçələrində oynadığı evlərə eyvanlara indi Alışanın şair könlü kimi tökülmüş, dağılmış bir durumda, maşın getdikcə gözlərimin qarşısında xırdalaşırdı.
Göy neysanın üstündə gözüm kəndin kalava qalmış evlərində qalsada, fikrim ağ birçəklərin qırx evli kəndin altı evliyə qalmasından sevinib bu günümüzə şükür deməklərində idi.
Beləcə gözlərimdə ləhzə-ləhzə uzaqlaşan və yaddaşan kəndimiz, beynimdə ağca gül xalanın sözləri ürəyimdəsə yenə şəhərin haylı-küylü küçələri, maşın dolu xiyavanları, bekarları çiyin-çiyinə dayanmış yolumu gözləyən fəhlə meydanının qorxusu, düzü daha bilmədim o günə şükür ya bu günə?!
Çinar boyda bənövşələr
Deyirəm əşi bu şairlərin işi peşəsi yoxdurmu?
Boynu əyri bənövşəm, boynu bükük bənövşəm, nə qədər demək olar?
İldə beş gün, üç gün yazın oğlan çağında, kol dibində bitən kiçik bir bitgini nə gədər tərif, tövsiflə, bəzəklə ala buluda qaldırırlarş
Gah deyirlər, şeh düşdü yanağına, meh dəydi dodağına, incə belli, ənbər telli, nazik əlli, gəlin qızlar üzərlər, yaxaharına düzərlərş
Boynu bükük olmaq bu qədər şairanədirsə gəlin gedək elə bir bənövşəliyə ki oranın bənövşəsi yay, qış tanımır günü gündəndə çoxalır. Həmdə yanağına şeh, dodağına meh təriflərini deyən yoxdur ki heç bəlkə gözünün ucuyla belə baxanda yoxdur. Özüdə bənövşə nə bənövşə hər birisi bir çinar boyda. Deyir, danışır, hətta yükdə aparır. Sadəcə işləmək üçün fəhlə meydanında iş sarı əlləri qoynunda, gözləri yolda, bükük boynu çiynində qalan, qabığı şaxtadan deçək-leçək olan, dodaqları qışın buz küləyində leçək kimi deyil bəlkə küləyin özü kimi əsim-əsim əsir. Soyuqdan axan göz yaşları isə şeh kimi yox, yanaqlarında bulağ kimi dona-dona şırım açır. Bizim bənövşələrin kövrəldici, sarsıdıcı və ürəyi göynədən yeri burasıdır ki, bunlar nə daşımağa yük nə bürünməyə kürk tapırlar, nədə kimsə bunların dərdinə, qayğısına qalır, yalnız sağ olmuş jandarmlar, dəli-dülü məmurlar, bu dərdə dözə bilməyib qollarını çırmayıb girirlər meydana.... əllərində batum.
Uşaqlar bulaqlar kimidir
Payızdan qırx günə yaxın keçməsi ona görə yadımdadır ki, çöldə bayırda il uzunu gözlədiyimiz meyvə kimi sayılan yer yeməli azalmışdır. Xırman yerlərinin yan yövrəsində keçmişdən qalmış payız armıdı dediyimiz və heç zaman yetişməsini görmədiyimiz, dəymişini dərmədiyimiz daş armıdında başını-qulağını daş tullamasıyla (tullamasınan) ağac selbəsiylə elə əzmişdik ki orda-burda qalmış kül rəngli yarpaqlarını saymaqda belə çətin deyildir.
Böyürtikan (börüggan) kollarının əl çatmaz yerlərində böyürtikanın qarası yox yalnız qırmızısından qalanı var idi. Qoz ağaclarının diblərində isə xəzəllərin arasından iki üç dənə cövüzdən (cıbırıqdan) artıq tapmaq çətinidi. Bağlarda-bağçalarda alça ağaclarının quş qonmazında uşaqların gözündən yayınıb qalmış təkəm seyrək alçalar sarılı-qırmızılı boyalarla, insanın könlünü, gözünü oxşayan bir şəkildə nazlana-nazlana yuxarıdan boylanırdılar.
Ancaq payızdan qırx günə yaxın keçməsinə baxmayaraq, bu ildə, ildə ki kimi, hələ bizim kəndimizə ağa müdür dediyimiz öyrətmən gəlib çıxmamışdır. Elə ondan yana bekar beytin uşaqlar idik. Yeri gəlmişkən deyim ki mən idim, Fəzailidi, Heydəralı idi, Hüseyn qulu və birdə Bəxtiyar, bacısı Mələk, birdə ki bizdən bir-iki yaş uşaq olan və gözünü dünyaya açandan bəri özünü anasız və yetim görən Zeynal və bacısı Zəryanaq. əlbəttə kəndimizdə başqa uşaqlarda varıdılar ki onlardan kimisi mal-davar otarmağa, kimisidə qarşıdan qarlı qadalı qış gəlir diyə meşəyə odun yığmağa, yada ki bizdən dörd saat piyada yolu fasilədə yerləşən, maşın yoluna yaxın olan kənddən (kətdən) at-qatırla yanacaq «neft» gətirməyə getmişdilər.
Biz işə gücə yaramazlarda nə oxul vardı gedək, nədə ki bayaq dediyim kimi çöldə bayırda tərədən, meyvədən bir şey qalmışdır. Kəndimizin arpa-buğda əkilmiş əkin zəmiləri bir yana hələ deminə havayısına qalan örüşlərdə belə yam yaşıl görünürdü.
Payızın qırx beşindən qabaq, beləcə bu yaz gününə bənzər gündə, uşaqların qəlbi kimi dum-duru, yetimlərin göz yaşı kimi aydın və şəffaf, yoxsul evi kimi sakit, uzun illərdən bəri kəndimizə dirilik suyu bəxş edən, ətrafı gəlinli, qızlı bulaqdan azca aralıda evcik-evcik oynayırdıq. Bir az böyüklər təkcəsinə, kiçiklər isə ikisi bir ev tikirdik. Yanımızdan sakitcəsinə axıb gedən, qızların bəxt aynası qədər sevdikləri bulaqdan da, su daşıyıb zığ tuturduq. Hər kəsin əlində bir pıçaq, çördən-çöpdən kəsir evin tavanına döşmə qayırırdıq. əlbəttə geyim sarı uşaqlar təqribən bir-birinə yaxın durumdaydılar. Istisnasız olaraq, hamılıqca şalvarlarımız yar-yamaqlı, bər-bəzəkli görünürdü. Ayaqlarımızda, corab adlı bir şey ilə tanış olmadığından qəmini qussəsini də yemirdik. Amma qaloş başmaqlarımız o qədər dəlik-deşik idir ki daşıdığımız suyunan torpaq orda qarışıb hazırca palçıq olurdu.
Səhər tezdən saat neçə də oynamağa yəni evcik tikməyə başlamışdıq bilmirəm. Ancaq gün əyilənədək o qədər çalışıb işləmişdik ki daha acından ölürdük. Çün ki o gün ki işimizin adı oynamaq olsaydıda özü ağır bir iş idir. Çəkdiyimiz zəhmətlər ata-babalarımızın zəhməti kimi havayı getsəydi də yenə də biz ürəkdən çalışır, ürəkdən işləyirdik.
Evlərimizin tikinti qayda-qanunlarını, daha doğrusu modellərini göz açandan gördüyümüz, bildiyimiz, kəndin evlərindən götürüb, iki otaq, bir dəhliz, bir eyvan, birdə tövlə tikirdik.
Elə o çağa qədər də ac qalmağımızın səbəbi də oydur ki bu qədər zəhmətdən sonra evlərimizi yiyəsiz qoyub kəndə çörək yeməyə gedə bilmirdik. Acından gözləri qaralan uşaqlar əlacsız qalıb hamı birlikdə kəndə tərəf getməyə qərar verdik amma söyüş qoyduq ki, tez gələnlər gec gələnlərin evinə Allah eləməmiş toxunmasın.
Başınızı ağrıtmayım, kəndə getdikdə başqa uşaqlar nə yedilər, içdilər bilmirəm, ancaq Fəzailin anası evdə olmadığından birlikdə bizə getdik. Doyunca pendir çörək yeyib qayıtdıq. Heç bir yerdə yubanmadan bulağın yanına daha doğrusu evlərimizin yanına gəldik. Oynadığımız yerə çatanda nə görsək yaxşıdır?
Gözlər olsun görməsin mənim evim torpağa qarışmış, yer ilə bir olmuşdu. Yüz ilin xarabasına belə dönmüşdür. Mən çox yana-yana soruşdum, kim mənim evimi uçurdub?
Kim olduğunu başa düşmədiyim, bir kəs arxadan dedi: «Zeynal uçurtdu.» mən bu sözü eşitcək bir anda elə qəzəbləndim ki hücum çəkdim Zeynalın üstünə ki onu vuram. Axı Zeynal məndən bir iki yaş kiçik idi. Bəlkə də gücüm çatar diyə belə arxayıncasına qəzəblənmişdim. Zeynala yaxınlaşanda bacısı Zəryanaq o yandan uca səslə dedi: «Ay Alışan vallah Zeynal qəsdən uçurtmadı. Evin yanından keçəndə şalvarının sökülmüş yamağı ilişdi, uçurtdu.» sanki Zeynalın anasının ölümünü unutmuşdum. Bu sözlə özümə gələrək yuxudan yenicə oyanmış kimi yerimdə dayandım, geri qayıdıb, gözlərimi yoldaşlarımdan gizlədim. Sonra da hər şeydən bezmiş usanmış kimi oynamağa əlim qolum gəlmədi.
Artıq heç oynamağa vaxt da qalmamışdır. Çün ki günəş özüdə yavaş-yavaş anasının qoynuna girirdi. Uşaqlar da ki hamısı hoppana-hoppana evlərinə analarının yanına döndülər. Bəlkə də heç məndən başqa, Zeynalın şalvarının sökülmüş yamağını təzədən yamayan olmadığına, daha doğrusu anasızlığına, fikirləşən yox idi...!!!
Dağ ətəyi kəndimizdən ayrıldıq
Dum-duru günümüz o dağda qaldı
Pərən-pərən etdi ehtiyac bizi
Evlad həsrətindən o dağ, dağ aldı
Dağıldı uşaqlar hərə bir yana
Hərəsi bir odda hey yana-yana
Kimisi Təbrizə kimi tehrana
Getdi çörək diyə getdi gəlmədi
Hər kəs öz qəmində itdi gəlmədi
21 Aralık 2008 Pazar
Ədalət Ommi "Duman"
20 Aralık 2008 Cumartesi
Afiq Ağdami
· Her fesil deyişir rengi,
· Afiq Ağdami
· Unuduruq insanlığı yavaş-yavaş,
·
· Afiq Ağdami
Bu üreye xor baxdınız,
GÜLÜSTAN OLMAZ!”
Demə cənnət belə,bağ-bostan belə,
Cəhənnəm içində bağ-bostan olmaz.
Özünü aldatma sən bilə-bilə,
Daha bu diyardan gülüstan olmaz.
Əzəl gündən torpaqları çalınmış,
Gözləri oyulmuş,haqqı alınmış.
Bir milyon insanı sürgün olunmuş,
Daha bu diyardan gülüstan olmaz.
Tülkülər Bozqurda tələ qurdular,
“Azadlıq” deyənin başın vurdular.
Türkə Türklüyünü unutdurdular,
Daha bu diyardan gülüstan olmaz.
Vəzifə uğruna candan keçirlər,
“Xalq kimi istərsə” onu seçirlər.
Ölməmiş insana kəfən biçirlər,
Daha bu diyardan gülüstan olmaz.
Ey Ağdami,”vətən” deyib ağlarsan,
Çarəsizcə, ürəyini dağlarsan.
Boş yerə sabaha ümid bağlarsan,
Daha bu diyardan gülüstan olmaz.
Afiq Ağdami
Meni xatırladın alayarımçıq,
Qelbimi üşütdü titrek nefesin,
Bölündük, qürbetin payına düşdüm,
Çox şeyi unutdum o günden beri,
Ezelden qelbime, ruhuma çökmüş,
O senli günlerim düşürler yada,
Amma “bes arxada qalanlar nece? !
16 Aralık 2008 Salı
OYAQ
Ne seni nede ki arzularını
Men öz üreyimi ayaqlamışam
Men özüm kederle dolu da olsam
Sene sevincimden pay saxlamışam
***
Yağış ellerile silir izimi
Duman perdesile örtür gözümü
Sen çıxıb gedenden men de dizimi
Yetim uşaq kimi qucaxlamışam
***
Sen meni tek qoyub gedenden beri
Oyağın dünyadan yoxdu xeberi
Seninle sürdüyüm xatireleri
Geceler yuxumda sayaxlamışam
Oyaq
***************
Talanmamış harası var ?
Bu derdin ne çaresı var?
Üreyinde yarası var
Sızıldar, meler QARABAĞ
***
Sonalar üzmür gölünde
ŞUŞA murdarlar elinde
XOCALI xalqın dilinde
Çekmeyib neler QARABAĞ
***
Bu qeher bizi boğmadı
Göyden niye daş yağmadı
Boylu gelinler doğmadı
Hanı körpeler QARABAĞ?
***
Anam dediyi ağıyla
Döyüşecekdi yağıyla
Her gün qanlı barmağıyla
Gözün sürmeler QARABAĞ
***
GÖYÇede gülmedi güller
Açılmadı qerenfiller
Niye acı gelir iller ?
Bunu kim biler QARABAĞ ?
Oyaq
Bir gün yadlar kimi senin yanından
Keçib gedeceyem sessiz semirsiz
Bu qoca şeherden senin elinden
Qaçıb gedeceyem sessiz semirsiz
***
Dünyanin paltarı gelmir eynim
Tekce senin sevgin dolub beynime
Bir gün öz şelemi alıb çiyinime
Köçüb gedeceyem sessiz semirsiz
***
İçimi yandıran bir tonqal kimi
Hesretden bağrıma düşen xal kimi
Uca zirvelerden bir qartal kimi
Uçub gedeceyem sessiz semirsiz
***
Döndüm xezan vurmuş yaşıl bağlara
Qatdım göz yaşımı gur bulağlara
Öz ürek sirrimi uca dağlara
Açıb gedeceyem sessiz semirsiz
***
Bilmirdim bu eşqin sonun-ezelin
Oyağı ağlatdı qoşman ğezelin
Senin acığına senden gözelin
Seçib gedeceyem sessiz semirsiz
Oyaq
********************
OĞUZUQ , UYĞURRUQ, TÜRKÜK
TEBRİZDE YENİLMEZ ERKİK
SANIRDIQ DAŞDAN DA BERKİK
BİZİ SINDIRANLARA BAX !!!
***
SOYUMUZ QURDDAN OLSADA
DEDE QORQUDDAN OLSADA
MAYAMIZ ODDAN OLSADA
BİZİ YANDIRANLARA BAX!!!
***
ÜZÜRÜK ÖZGE GÖLÜNDE
YAZIMIZ YADLAR ELİNDE
ÖGEY NENELER DİLİNDE
BİZİ DİNDİRENLERE BAX!!!
Oyaq
SEni götürmEyE gElEcEyEm mEn
illerdi hesretin ürekde qalıb
Hicranın canıma yaman od salıb
quşlardan birce cüt qanad borc alıb
Seni götürmeye geleceyem men
Sen ey volkanlardan güc alan gözel
Şahların başından tac alan gözel
Gün be gün gözümde ucalan gözel
Seni götürmeye geleceyem men
Sen-sen köksümdeki vurğun üreyim
Sen-sen o çırpınan yorğun üreyim
Ey menim sinemde çılğın üreyim
Seni götürmeye geleceyem men
Yenede zeher tek acı yel esir
Qılınc tek bağrımı doğrayer,kesır
Yolunda ölmeye canım teleser
Seni götürmeye geleceyem mn
Oyağın isteyi dönübdür heçe
Söyle hicranına men dözum nece
Özünü hazirla çünkü bir gece
Seni götürmeye geleceyem men
Oyaq eli rezevi
DeDe
BUYAZDA AÇILDI SeNSİZ ÇİÇEKLER
DUSDAĞDIR QELBİMDE ARZI DİLEKLER
ESECEK ÜSTÜMDEN ACI KÜLEKLER
YAĞIŞLI YAQMURLU ÖMÜREM DEDE...
KÖYRELİB AQLARAM DOSTLAR GÜLENDE
GÜLEREM DERDİMİ BİR KES BİLENDE
HER AXŞAM MEZARIN ÜSTÜNEGELENDE
ETRİNİ TORPAQDAN UMURAM DEDE...
TUTUB ETEYİNDEN YALVARIR OYAĞ
GERİYE QAYTARMIR SENİ BU TORPAQ
GÖZLERİM ÖNÜNDE OLMADIĞIN CAQ
SEYİD ELİ REZEVİ (OYAq)
15 Aralık 2008 Pazartesi
xatire vaqif
“Ula, Boz Qurdum, ula!”
Esrlerdir bu torpaq su yerine qan udub,
Unutqanlar soyunu, şehidini unudub.
Qansızların gözünü neçe neçe qan tutub -
Dovşanlar başlarını besdir saldılar kola,
Ulamağın vaxtıdır, ula, Boz Qurdum, ula!
Ne qeder ki, dilimiz yoxluğa qarışmayıb,
Ne qeder ki, yurdumuz zülmle barışmayıb,
Ne qeder ki, çaqqallar tülküden soruşmayıb –
“Gelmir daha sorağı Boz Qurdun, xeyir ola?”
Ulamağın vaxtıdır, ula, Boz Qurdum, ula!
Vetenin her qayası, veten daşı bizimdir,
Köksü qayaya dönen vetendaşı bizimdir.
Atillanın Metenin qan yaddaşı bizimdir -
Qoyma Türkü çevrile qolları bağlı qula,
Ulamağın vaxtıdır, ula, Boz Qurdum, ula!
Vetençün yaşayanlar sesine ses verecek,
Xezri, Gilavar sene teze nefes verecek,
Üreyi QARABAĞla döyünen kes verecek -
Sesini o igide, o ere, o oğula,
Ulamağın vaxtıdı, ula Boz Qurdum, ula!
Sesle Qaraca Çoban, Beyrek, Bayandır xanı,
Tiflis, Urmiya, Göyçe, Şirvanı, Naxçıvanı.
Çağır, sesle, harayla oyat, oyat Turanı -
Azadlıq yolunu tap, sesle bizi bu yola,
Ulamağın vaxtıdır, ula, Boz Qurdum, ula..!
Xatire Vaqif
Yalan öyretmeler
Yapışıb elimden alfabet öyret
Çoreyi öyrenim,duzu öyrenim;
Günde dilim-dilim ana dilimden
Men yazı öyrenim,pozu öyrenim!
*****************************
Qanımı içmekden doy bir kerede,
Soyursan derimi soy birkerede!
yaxamdan el götür,qoy bir kerede
Doğrunu öyrenim ,düzü öyrenim
**************************
Teze geler deyilmi bu çiçeklenen!?
Neler dadacaqsan qoxusundan sen!?
Yalan öyretmeler buraxmırkı men
Özümi öyrenim,sizi öyrenim!
*************************
Gündüzün günahın ancaqkı gece
Bir teher ört-basdır ede gizlice!
Saxta kipriklerin içinden neçe
BaxIşI öyrenim,gözü öyrenim !?
******************************
Biraz cızma-qara bacarsam mende
Öyretmen olaram bir böyük kende!
Qoy çürük dersleri öyrenmesemde
Çöreyi öyrenim,duzu öyrenim!
Özüm öz dilimde yazı öyrenim!
********************************
eLİ CAVADPUR
KÖÇÜReN:ARAZ.QARADAĞLI
Bilmirem neqeder hesret çekmisen
Bilmirem boynunu niye bükmüsen
Güllerin içinde sen de tekmisen
Yolumun üstünde biten benövşe
***
Durursan yol üste sen fağır- fağır
Xumar gözlerinden min hesret yağır
Herden darıxanda meni de çağır
***
Tale`in bu güne salıb belkede
sevincielinden alıb belkede
Senin de qeydine qalıb belkede
Ağlayır her yoldan öten benövşe
***
Bu qeder dalğınlıq nedendir neden
Her seni görende kövrelirem men
Belke de güllerin şairisen sen
Xeyallar içinde iten benövşe
***
Dağların başında çeni görende
(Oyağ )ın saçında deni görende
Düzünü axtarsan seni görende
Düşür xatirime VeteN benövşe
( Oyaq )